Amartya Sen | |
---|---|
benq. অমর্ত্য সেন | |
Doğum tarixi | 3 noyabr 1933[1] (91 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşları | |
Uşaqları | |
Elm sahəsi | İnkişaf iqtisadiyyatı |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
scholar.harvard.edu/sen | |
Vikianbarda əlaqəli mediafayllar |
Amartya Kumar Sen (benq. Ômorto Kumar Shen; 3 noyabr 1933[1], Santiniketan[d], Britaniya Hindistanı) — hindli iqtisadçı.
Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik və liberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün`` İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[6]
1998 ilə 2004-cü illərdə Kembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya Sen Harvard Universitetində fəlsəfə və iqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir.
2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayında ABŞ-nin "Xarici siyasət" (ing. Foreign Policy) və İngiltərənin "Kəşfiyyat" (ing. Prospect) jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur.
2009-cu ilə qədər 80-dən çox universitetin fəxri doktoru adını almışdır.